Jozef Borel - Avropa İttifaqı Qazaxıstana krizisin sülh yolu ilə həllində yardım etməyə hazırdır
Qazaxıstanda baş verənlərlə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Jozef Borrel bəyanat yayır. Onun dediyinə görə, Avropa İttifaqı Qazaxıstana krizisin sülh yolu ilə həllində yardım etməyə hazırdır. Bəyanatında qeyd edilib ki, Qazaxıstan Avropa İttifaqının önəmli partnyordur.
Jozef Borel həmçinin zoraklığı qınayır və vətəndaşların həlak olmasına görə kədərləndiyini ifadə edir. Borel xüsusilə qeyd edir ki, xarici qüvvələr Qazaxsıtanın suverenliyinə və müstəqilliyinə hörmət etməlidilər.
“Dinc etiraz aksiyalardan sonra əmələ gələn zoraklıqdan narahatıq. Biz insanların ölümünə görə kədərlənirik və geniş yayılmış zorakılıq aktlarını qətiyyətlə pisləyirik. Sonrakı eskalasiyadan boyun qaçırmaq, istənilən zoraklığı həvəsləndirməkdən və qarmaqarşıqlığın başqa məqsədlər üçün istifadə etməkdən tərəddüd etmək əhəmiyyətlidir. Avropa İttifaqı Qazaxıstana krizisin sülh yolu ilə həllində yardım etməyə hazırdır. Xarici hərbi dəstək Qazaxsıtanın suverenliyinə və müstəqilliyinə, eləcə də bütün vətəndaşların fundamental hüquqlarına hörmət etməlidilər.
Biz Qazaxıstan hakimiyyətini bu çətin zamanda öhdəliklərini yerinə yetirməyə, insan hüquqlarına və vətəndaşlarının əsas azadlıqlarına, o cümlədən toplaşmaq azadlığına, ifadə azadlığına və media azadlığına hörmət etməyə çağırırıq”, – bəyanatda deyilir.