Cozef Baiden - Ümid edirəm ki, Donald Tramp atom düyməsinə toxunmayacaq
Ümid edirəm ki, o düyməyə toxunmayacaq, – bu sözlərlə ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baiden, ABŞ-ın prezidenti Donald Trampın Şimali Koreyanın liderinə “tvitterdən” yazdığı müraciətinə səsləndi.
“Şimali Koreyanın lideri Kim Çen İn bu yaxınlarda bəyan etdi ki, atom silahının düyməsi onun masasının altındadır. Onun ac qalan rejimindən, ona kimsə anlatsın ki, mənim də atom düyməm var və onunkindən daha böyük və daha güclüdür. Həm də mənim düyməm hazır vəziyyətdədir”, – yazıb Donal Tramp Tvitterdə.
Kim Çen İn öz bəyantında qeyd etmişdi ki, Şimali Koreya ABŞ-ın hərhansı nöqtəsinə atom zərbəsi vura bilər.