Corciya ştatında məktəblərdən birində 4 nəfəri qətlə yetirdiyinə görə saxlanılan şəxs eyni məktəbin 14 yaşlı şagirdidir
Corciya ştatında məktəblərdən birində 4 nəfəri qətlə yetirdiyinə görə saxlanılan şəxs eyni məktəbin 14 yaşlı şagirdidir

 
Corciya ştatında məktəblərdən birində 4 nəfəri qətlə yetirdiyinə görə saxlanılan şəxs eyni məktəbin 14 yaşlı şagirdidir.

Uinder şəhərində “Apalachee” məktəbində atışma nəticəsində 2 şagird və 2 müəllim qətlə yetirilib, daha 9 nəfər yaralanıb.

Şübhəli şəxsi atışmadan sonra tezliklə saxlayıblar. O, 14 yaşlı Kolt Qreydir.

Müstəntiqlərin verdiyi məlumata əsasən, keçən il o, internetdə məktəbə hücum təşkil etmək təhdidi ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib.

Corciya ştatında məktəbdə atışma dünən baş verib.