Corcia ştatında məktəbdə atışma nəticəsində azı 4 nəfər həlak olub
Corcia ştatında məktəbdə atışma nəticəsində azı 4 nəfər həlak olub

Corcia ştatında məktəbdə atışma nəticəsində azı 4 nəfər həlak olub. Bu barədə məlumatı “CNN” yayır.

Hazırki göstəricilərə əsasən, 30-a yaxın insan yaralanıb.

Məlum olduğu kimi, şübhəli şəxs artıq həbs edilib, lakin onun kimliyi və hücumun motivi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Ağ Ev də hadisəyə reaksiya verib. Açıqlamaya görə, ABŞ prezidenti Co Bayden hadisə ilə bağlı məlumatlandırılıb və prezident administrasiyası əlavə məlumat əldə etmək üçün federal və yerli rəsmilərlə koordinasiyanı davam etdirəcək.