Con Hopkins Universitetinin göstəricilərinə görə, epidemiyanın başladığından bu günə qədər dünyada koronavirusdan üç milyondan artıq insan həlak olub
Con Hopkins Universitetinin göstəricilərinə görə, epidemiyanın başladığından bu günə qədər dünyada koronavirusdan üç milyondan artıq insan həlak olub

Con Hopkins Universitetinin göstəricilərinə görə, epidemiyanın başladığından bu günə qədər dünyada koronavirusdan üç milyondan artıq insan həlak olub.

Bununla yanaşı, pandemiya müddətində, koronavirusa yoluxanların sayı dünyada 140 milyona çatıb. Virusdan sağanların sayı isə, 119 milyondur.

COVİD-19 hallarının sayı ilə birinci yerdə yenə ABŞ-dır, ikinci yerdə Hindistan, harda son 24 saat ərzində, 234 mindən artıq yeni hal qeydə alınıb və bu da ölkə üçün rekord saydır.  Üçüncü yerdə olan Braziliyada vəziyyət yenə ağırdır. Dördüncü yerdə Fransa, beşinci yerdə isə, Rusiyadır.

Gürcüstanın qonşu ölkələrinə gəlincə, Ermənistanda son 24 saatda virusun 870 halı qeydə alınıb, 33 nəfər həlak olub. Azərbaycanda son 24 saatda 2 163 hal qeydə alınıb, 32 nəfər həlak olub. Türkiyədə COVİD-19 diaqnozu ilə 24 saatda 63 min nəfərdə koronavirus təsdiqləndi, 289 nəfər həlak oldu.

Epidemioloji vəziyyətin ağırlaşmasına görə, Türkiyədə kovid-məhdudiyyətləri sərtləşdirilib.