Con Bolton - Seçkilərdən iki gün öncə mənim hərhansı siyasi dəyərləndirmə verməyim doğru olmaz
Amerika Birləşmiş Ştatlarının Təhlükəsizlik Şurasının katibi Con Boltonun bəyanatına görə, onu tərəfindən Gürcüstanda prezident seçkilərindən iki gün öncə, siyasi dəyərləndirmələr vermək doğru olmaz.
Bu bəyanatı Con Bolton jurnalistin sualına cavab olaraq verdi, hansı ki, Boltondan Gürcüstanda prezident seçkilərinin saxtalaşdırıldığı halda, ABŞ-ın reaksiyasının nə olduğunu soruşdu.
ABŞ Təhlükəsizlik Şurasının katibi qeyd etdi ki, Gürcüstan iqtidarının nümayəndələri onu əmin etdilər ki, azad və şəffaf seçkilərin keçirilməsi ölkənin əsas maraqlarından birdir.
“Doğruyu desək, mən heç ABŞ-ın seçki kampaniyalarında da iştirak edə bilmirəm. Onu deyə bilərəm ki, Gürcüstandaki prezident seçkilərinə bir çox beynəlxalq və həmçinin Amerikalı müşahidəçi missiyalası müşahidə edəcəklər, ancaq təbii ki, seçicilərin fəallığı da çox önəmlidir” – dedi Con Bolton.