Con Bolton - Gürcüstan bizim üçün yüksək strateji maraq daşıyan bir ölkədir
Con Bolton - Gürcüstan bizim üçün yüksək strateji maraq daşıyan bir ölkədir

Gürcüstan Amerika Birləşmiş Ştatları üçün yüksək strateji maraq daşıyan bir ölkədir, – bu barədə bəyanatı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton, Tbilisiyə səfəri çərçivəsində verdi.

Boltonun dəyərləndirməsinə görə, onun baş nazir Mamuka Baxtadze, Xarici İşlər Naziri Davit Zalkaniani, Müdafiyə Naziri Levan İzoria və Daxili İşlər Naziri Giorgi Qaxaria ilə möhtəşəm görüşləri oldu.

“Gürcüstana ilk dəfə gəlirəm və mənə verilən bu imkana görə, təşəkkür edirəm. Yekun olaraq, mənim Gürcüstana səfərimi çox müsbət və çox produktiv olaraq dəyərləndirərdim” – dedi Bolton.

Con Bolton Gürücstana səfər çərçivəsində, bugen baş nazir Mamuka Baxtadze, Xarici, Müdafiyə və Daxili İşlər Nazirləri ilə görüşdü.