„Johnson & Johnson“-un məlumatına əsasən, onların peyvəndi Covid 19 əleyhinə ən azı 8 ay boyunca imuniteti təmin edir
Covid 19 əleyhinə „Johnson & Johnson“ şirkətinin peyvəndi ən azı 8 ay boyunca imuniteti təmin edir və DELTA varinatına qarşı effektivdir.
Şirkətdən bildirilib ki, bir dəfə peyvəndləmədən sonra , peyvənd güclü neytrallaşdırıcı anticismlərin reaksiyasına səbəb olur, bu yoxa çıxmır və dahası zaman keçdikcə yaxşılaşmalar da müşahidə olunur.
Şirkətdən verilən məlumata görə, peyvəndi, Hindistanda yaranmış “Delta”, Cənubi Afrika Respublikasında yaranmış “Beta” və Braziliyada yaranmış “Gamma” variantlarına qarşı test ediblər. Tədqiqat neytrallaşdırıcı anticismlərin güclü reaksiyasını təsdiqlədi.
“Johnson & Johnson”-dan verilən məlumata görə, peyvəndin ikinci və ya gücləndirilmiş dozası zəruri olmayacaq.