Joel Qario-Melami - Gürcüstan şəffaflıq, korrupsiyaya qarşı mübarizə, iqtisadiyyat baxımından əhəmiyyətli tərəqqi əldə edib, hələ görüləcək çox işlər var, lakin gürcü xalqının bunu mütləq edəcəyini bilirəm
Joel Qario-Melami - Gürcüstan şəffaflıq, korrupsiyaya qarşı mübarizə, iqtisadiyyat baxımından əhəmiyyətli tərəqqi əldə edib, hələ görüləcək çox işlər var, lakin gürcü xalqının bunu mütləq edəcəyini bilirəm

 
NATO yolunda hər zaman irəliləyişə ehtiyac duyan şeylər var, lakin Gürcüstan bir çox istiqamətlərdə, məsələn, şəffaflıq baxımından, korrupsiya ilə mübarizədə, iqtisadiyyatın uyğunlaşdırılmasında olduqca əhəmiyyətli irəliləyiş əldə edib. Əlbəttə, hələ görüləcək çox işlər var, lakin gürcü xalqının bunu mütləq edəcəyini bilirəm -bu barədə NATO Parlament Assambleyasının yeni prezidenti Joel Qario-Melami açıqlayıb.

Melami gürcü jurnalistləri ilə söhbəti zamanı Gürcüstanın NATO-ya gedən yolda mütləq uğur qazanacağını qeyd edib.

“Mənim o qədər prioritetlərim var ki, hamısının adını çəkmək çətin olacaq. Gürcüstan hər zaman ürəyimə yaxın olan ölkədir. Mən yeddi dəfə ölkənizdə olmuşam. Gürcüstanla bağlı ilk hesabatımızı 2014-cü ildə Parlament Assambleyasında yazdım. Gürcüstanın NATO-ya üzv olmasını istəyirdim və istəyirəm, mən bu məsələdə daim lobbiçilik edirdim, hələlik bu nəticə əldə olunmayıb, lakin bilirsiniz, hər addım dəyərlidir. Əminəm ki, biz mütləq uğur qazanacağıq. Gürcüstanın nümayəndə heyətinin üzvləri üçün bunu dəfələrlə söyləmişəm. Mən həmişə onlarla görüşürəm. Xüsusilə qeyd etməliyəm ki, sizin məsələləri irəli sürməkdə çox mahir olan əla parlamentariləriniz var. Belə ki, Gürcüstan mənim prioritetim olacaq. NATO yolunda hər zaman irəliləyişə ehtiyac duyan şeylər var, lakin Gürcüstan bir çox istiqamətlərdə, məsələn, şəffaflıq baxımından, korrupsiya ilə mübarizədə, iqtisadiyyatın uyğunlaşdırılmasında olduqca əhəmiyyətli irəliləyiş əldə edib. Əlbəttə, hələ görüləcək çox işlər var, lakin gürcü xalqının bunu mütləq edəcəyini bilirəm” -deyə Joel Qario-Melami bildirib.

Joel Qario-Melami bu gün NATO Parlament Assambleyasının yeni prezidenti seçilib. Seçildikdən sonra Joel Qario-Melami gürcü mətbuatına ilk şərhini verib.