Co Bayden Qəzzada olan girovların azad edilməsi haqqında razılaşmanın hələ də danışıqlar prosesində olduğunu bildirir
Co Bayden Qəzzada olan girovların azad edilməsi haqqında razılaşmanın hələ də danışıqlar prosesində olduğunu bildirir

 
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Qəzzada olan girovların azad edilməsi haqqında razılaşmanın hələ də danışıqlar prosesində olduğunu bildirir.

“Biz hələ də danışıqlar aparırıq. Biz hələ də danışıqlar prosesinin ortasındayıq. Təkcə Netanyahu ilə deyil, Qətər və Misirdən olan həmkarlarımla danışıqlar aparırıq” – Co Bayden jurnalistlərlə danışarkən qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti sözügedən bəyanatı vitse-prezident Kamala Harrislə birlikdə İsrail və “HƏMAS” arasında girovların azad edilməsi məsələsi ilə bağlı davam edən danışıqlarda iştirak edən administrasiyanın nümayəndələri ilə görüşdən sonra verib. Görüşdə tərəflər qalan əsirlərin azad edilməsi ilə əlaqədar səyləri müzakirə ediblər.

Məlumat üçün bildirək ki, Co Bayden bundan əvvəl, İsrailin Baş naziri Benyamin Netanyahunun girovlarla bağlı razılaşmanın təmin edilməsi üçün kifayət qədər səy göstərmədiyini demişdi.