Co Bayden Benyamin Netanyahu ilə "nəhayət danışacağını" bildirir
Co Bayden Benyamin Netanyahu ilə "nəhayət danışacağını" bildirir

 
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə “nəhayət danışacağını” bildirir – bu haqda Bayden jurnalistlərlə danışarkən deyib.

Jurnalistin bu söhbətin cari həftə və ya növbəti həftə baş tutub-tutmayacağına dair sualına, Bayden cavabını təkrarlayıb və “nəhayət” deyib.

Bununla yanaşı, Amerikanın Prezidenti administrasiyanın Ukraynanın Rusiya ərazisində yerləşən hədəflərə zərbələr endirmək üçün Amerika istehsalı silahlardan istifadə etmək xahişini müzakirə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb və Bayden cavabında bildirib ki, o, Ukrayna Prezidentinə “nəyi dəstəkləyib, nəyi dəstəkləməyəcəklərini açıq şəkildə izah edib”.

Məlumat üçün bildirək ki, Co Bayden bundan əvvəl, İsrailin Baş naziri Benyamin Netanyahunun girovlarla bağlı razılaşmanın təmin edilməsi üçün kifayət qədər səy göstərmədiyini demişdi.

Daha sonra Benyamin Netanyahu Baydenin sözügedən çıxışına cavab verərək, keçən həftə “HƏMAS”ın 6 girovu, o cümlədən Amerika vətəndaşını öldürməsindən sonra Amerika Prezidentinin belə bir şey deyəcəyinə inanmadığını bildirmişdi.