Co Baiden - Tramp yenə seçilsə, NATO artıq olmayacaq
Co Baiden - Tramp yenə seçilsə, NATO artıq olmayacaq

Co Baidenin dediyinə görə, Donald Tramp Xarici siyasəti bilmir.

Bu barədə bəyanatı “demokratların” prezidentliyə namizədi Ohaio ştatında keçirilən siyasi debatlar zamanı verdi.

Baiden ABŞ prezidentinin Rusiyaya olan yanaşmasını sərt şəkildə tənqid etdi.

“Bizim prezidentimiz qarışıq hərəkətlər edir. O xarici siyasətdən heç birşey anlamır və sadəcə olaraq, ikinci dəfə seçilməmək qorxusu ilə hərəkət edir. Rusiya isə, təzyiq edərək, NATO-yu parçalamağa çalışır. Belə olduğu halda, prezidentimiz çıxıb deyir ki, o Rusiyaya inanır, ancaq amerikan kəşviyyatına inanmır.

Tramp ikinci dəfə seçilsə, 4-5 ilə NATO artıq olmayacaq və təhlükəsizliyimizə böyük zərər veriləcək” – dedi Co Baiden.