“CNN”nin sifarişi ilə keçirilən sorğuya əsasən, Kamala Harris bir neçə əsas ştatda Donald Trampdan bir az irəlidədir
“CNN”nin sifarişi ilə keçirilən sorğuya əsasən, Kamala Harris bir neçə əsas ştatda Donald Trampdan bir az irəlidədir

Sorğuya əsasən, ABŞ-ın prezidentliyinə namizədi Kamala Harris bir neçə əsas ştatda Donald Trampdan bir az irəlidədir. Tədqiqat “CNN”nin sifarişi ilə SSRS tərəfindən aparılıb.

Sorğunun nəticələrinə əsasən, Harris Viskonsin, Corciya, Miçiqan və Nevada ştatlarında Trampdan bir az irəlidədir. Demokratların namizədi hər ştatda 48 faiz, Tramp isə iki ştatda 47 faiz, bir ştatda isə 43 faiz səs toplayıb. Pensilvaniya ştatına gəlincə, burada hər iki namizədin 47 faizi var, Arizonada isə Tramp Harrisdən beş faiz irəlidədir.

Sorğunun nəticələrinə görə, əsas ştatlarda seçicilər respublikaçı namizəd Donald Trampa iqtisadiyyat və immiqrasiya məsələlərində daha çox güvənir, Harris isə demokratiya, abort və reproduktiv hüquqlar məsələlərində liderlik edir.

Bundan başqa, eyni ştatlarda seçicilərin yarısı hesab edir ki, Trampın baxışları və siyasəti Harrisdən daha çox ekstremist görünür.