“CNN”in məlumatına görə, Ağ Ev onların jurnalistlərinə Donald Trampla birlikdə təyyarədə səfər etməyə icazə verməyib

15:06, 26.09.2026

Ağ Ev “CNN”in jurnalistlərinə ABŞ Prezidenti Donald Trampla birlikdə təyyarədə səfər etməyə icazə verməyib.

Jurnalistlər sentyabrın 26-na planlaşdırılan səfər zamanı ABŞ Prezidenti ilə birlikdə Tennesi ştatına getməli idilər.

Bu barədə “CNN”in bəyanatında deyilib.

Tramp Tennessiyə futbol oyununda iştirak etmək üçün səfər edirdi.

Məlumat üçün bildirək ki, sentyabrın 21-də “Politico”, “CNN” və “MS NOW” jurnalistlərinin Ağ Evə giriş icazəsinin dərhal bərpa olunması məqsədilə federal məhkəməyə şikayət təqdim etdiklərini bəyan ediblər.

Daha sonra, Ağ Evdə planlaşdırılan rəsmi tədbirləri “ABC”, “CBS”, “NBC” teleşirkətləri və hətta Trampa yönəlik loyallığı ilə seçilən “Fox News” belə boykot edib. Medianın etirazına “The New York Times” və “The Washington Post” qəzetləri də qoşulub. Onlar prezidentlə bağlı rəsmi kadrları və materialları dərc etməyi dayandırıblar.

24 sentyabrda “Politico”, “CNN” və “MS NOW” jurnalistlərinin Ağ Evə giriş icazəsi bərpa edilib. Bu, hakimin Tramp administrasiyasına sözügedən media qurumlarının nümayəndələrini dərhal Ağ Evə buraxmaq barədə göstəriş verməsindən sonra baş verib.

Oxşar