“CNN” – Qaçırma cəhdində şübhəli bilinən ikinci pilotun, ehtimal ki, İsrail hava limanına hücum etmək istədiyi bildirilir
Qaçırma cəhdində şübhəli bilinən ikinci pilotun, ehtimal ki, İsrail hava limanına hücum etmək istədiyi bildirilir, – bu barədə “CNN” qəzeti öz mənbəsinə istinadən yazır.
Birləşmiş Ərəb Əmirliklərinin baş prokurorunun sözlərinə görə, ikinci pilot həmkarına qəza-xilasetmə baltası ilə zərbə endirib. Prokuror baş verənləri “terror aktı” kimi qiymətləndirib.
İstintaqa Birləşmiş Ərəb Əmirlikləri rəhbərlik edir. İsrail mənbələrinin sözlərinə görə, istintaq ilkin mərhələdədir və şübhəlinin niyyəti hələ tam məlum deyil.
Onun Səudiyyə Ərəbistanının hava məkanında baş pilota niyə hücum etdiyi və ya məqsədinin İsraildəki hava limanına hücum olub-olmadığı məlum deyil.
“CNN”nin məlumatına görə, ikinci pilot, ehtimal ki, tək hərəkət edirdi və İsrailin onun terror təşkilatı ilə əlaqəsi barədə hələlik məlumatı yoxdur.
Nəşrin mənbələrinin sözlərinə görə, o, əvvəllər Omanın milli aviaşirkətində işləyib və pilot olmaq üçün hazırlaşırdı, lakin ekstremist baxışlarına görə ofis işinə keçirilib.