CNN - Donald Tramp telefon söhbətlərində bəzən müttəfiq dövlətlərin liderlərini təhqir edirdi
CNN - Donald Tramp telefon söhbətlərində bəzən müttəfiq dövlətlərin liderlərini təhqir edirdi

“ABŞ prezidenti Donald Tramp yüzlərlə telefon söhbətləri zamanı dünya liderləri ilə ciddi məsələləri müzakirə edirdi və bəzən müttəfiq ölkələrin liderlərini təhqir edirdi” – bu məlumatı CNN teleşirkəti Ağ Ev və kəşviyyat idarəsindəki mənbələrinə əsasən yayır.

Medya vasitəsi yazır ki, qeyd olunan telefon söhbətləri Trampın administrasiyasının sabiq üzvlərini və milli təhlükəsizlik müşavirlərini əmin etdi ki, ABŞ-ın mili təhlükəsizliyi üçün təhlükə yaradan Trampın özüdür.

Medya vasitəsinin məlumatına görə, Donald Tramp həftəd’iki dəfə Türkiyənin lideri Rəcəp Tayyip Erdoğanla birbaşa telefon əlaqəsi saxlayırdı.

CNN-nin məlumatına görə, telefon söhbətlərinin birində Tramp Böyük Britaniyanın sabiq baş naziri Tereza Meyi “zəyif” adlandırdı. Almaniyanın kansleri Anqela Merkelə isə, “axmaq” və “rusların cibində oturan” dedi.

O həmçinin, Fransa prezidenti Emanuel Makronu, Kanadanın baş naziri Castin Tryudoyu və Avstraliyanın baş naziri Skot Morisonu da təhqir edib.

Tramp öz sərvəti və “dahiliyi” ilə özünü tərifləyirmiş və ABŞ-ın sabiq prezidentlərini “idiotlar” adlandırırmış.

Bu məlumatların verildiyi məqalənin müəllifi jurnalist Karl Bernştaindir, hansı ki, 1972-ci ildə, “Uotergeit skandalının” işıqlandırılmasında əhəmiyyətli rol oynayıb və nəticədə prezident Riçard Nikson istefa etmişdi.