Jinvali-Barisaxo-Şatili yolunun müəyyən hissəsində və Çarqaliyə gedən yolunda avtonəqliyyatın hərəkəti müvəqqəti qadağandır
Jinvali-Barisaxo-Şatili yolunun müəyyən hissəsində və Çarqaliyə gedən yolunda avtonəqliyyatın hərəkəti müvəqqəti qadağandır

Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, güclü leysan nəticəsində daxili dövlət əhəmiyyətli avtomobil yolunun Jinvali-Barisaxo-Şatili hissəsi km22-km35, daxili dövlət əhəmiyyətli Çarqaliyə(Vaja Pşavelanın Ev Muzeyi) gedən yolunda hərəkətin məhdudlaşdırlması baş verdi. İdarədən verilən məlumata görə, bununla əlaqədar müvafiq tədbirlər görülənə qədər qeyd olunan hissələrdə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilir.