Jinvali-Barisaxo-Şatili yolunun hissələrində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin yaydığı məlumata əsasən, qar və qar uçqunu təhlükəsi ilə əlaqədar olaraq, daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 67 km -106 km hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Eyni avtomobil yolunun 53 km- 67 km hissəsində yalnız yolsuzluq avtomobillərinin (iki və ya üç oxlu avtomobil) hərəkətinə icazə verilir. Digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə qadağan edilib.
Avtomobil yolunun 1 km-53 km (Jinvali-Korşa kəndi) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.