Jinvali-Barisaxo-Şatili yolunun bəzi hissələrində nəqliyyatın hərəkəti qadağan edildi
Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 20-ci və 22-ci kilometrliyində sürüşmə prosesləri inkişaf etdi.
İdarədən verilən məlumata görə, qeyd olunanlarla əlaqədar sürüşmənin aradan qaldırılması tədbirlərinə qədər, sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Bundan başqa, dünən, iyunun 29-da Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 77-ci km-də qaya kütləsi çökdü, buna görə km70-km106 hissədə bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.