Jinvali-Barisaxo-Şatili yolunun bəzi hissələrində xüsusi hərəkət rejimi tədbiq edildi
Güclü yağış nəticəsində daxili dövlət Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 77-ci və 90-cı kilometrlərinə düşən torpaq və qaya kütləsi səbəbindən km77-km106 hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edildi.
Məlumatı Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
“Elə həmin avtomobil yolunun km20-km77 hissəsində yalnız yüksək keçidli nəqliyyat vasitələrinin (iki və ya daha çox körpüsü olan) hərəkətinə icazə verilir, km1-km20 hissəsində isə, bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”, – məlumatda deyilir.