Jinvali-Barisaxo-Şatili yolunun 90-cı km-də nəqliyyatın hərəkəti birtərəfli qaydada bərpa edilib
Jinvali-Barisaxo-Şatili yolunun 90-cı km-də nəqliyyatın hərəkəti birtərəfli qaydada bərpa edilib

 
Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata əsasən, aparılan təmizləmə işləri nəticəsində, daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili (Quro qayalıqları) avtomobil yolunun 90-cı km-də nəqliyyatın hərəkəti birtərəfli qaydada bərpa edilib.

“Yolun hərəkət hissəsinin təmizlənməsi işləri davam edir. Nəzərinizə çatdırırıq ki, sözügedən hissədə yağan güclü yağış nəticəsində qaya kütləsi dağılıb, nəticədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib”-deyə Avtomobil Yolları Departamentinin məlumatında deyilir.