Jinvali-Barisaxo-Şatili yolunun 79-cu km-də nəqliyyatın hərəkəti birtərəfli qaydada bərpa edilib
Jinvali-Barisaxo-Şatili yolunun 79-cu km-də nəqliyyatın hərəkəti birtərəfli qaydada bərpa edilib. Bu barədə məlumatı Avtomobil Yolları İdarəsi yayıb.
“Təmizləmə işləri nəticəsində daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 79-cu km-də nəqliyyatın hərəkəti birtərəfli qaydada bərpa edilib”, – Avtomobil Yolları İdarəsindən bildirilib.
Xatırladaq ki, dünən güclü yağış və gözlənilən daş tökülməsi ilə əlaqədar daxili dövlət əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 79-cu km-də bütün növ avtomobillərin hərəkəti qadağan edilmişdi.