Jinvali-Barisaxo-Şatili yolunda xüsusi rejimlə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Jinvali-Barisaxo-Şatili yolunda xüsusi rejimlə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

 

Jinvali-Barisaxo-Şatili yolunda xüsusi rejimlə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Dövlət əhəmiyyətli daxili Jinvali-Barisaxo-Şatili yolunun 1 km-22 km-də bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir, 22 km-106 km olan hissədə isə yalnız iki və ya üç oxlu avtomobillərin hərəkətinə icazə verilir” – deyə məlumatda qeyd olunur.