Çinin səfiri, Anaklia layihəsində iştirak edən şirkətin ən güclü şirkətlərdən biri olduğunu və Çin şirkətinə qarşı Tayvan və ABŞ tərəfindən maliyyələşən dırnaq arası analitik mərkəzlər tərəfindən dezinformasiyanın yayıldığını bildirir
“China Communications Construction Company Limited” “Fortune 500″ün siyahısına daxil olan şirkətlər arasındadır. O, dünyada ən məşhur və ən güclü tikinti şirkətlərindən biridir-bu haqda Çinin Gürcüstandakı səfiri Çou Tsien bildirib.
Çinin səfiri bildirib ki, “Bu, qrupa qarşı heç bir sanksiya yoxdur”.
“Tayvan və ABŞ tərəfindən maliyyələşən dırnaq arası analitik mərkəzlər tərəfindən Çin şirkəti haqqında yayılan dezinformasiyaya baxsanız, niyə belə dezinformasiyanın yayıldığını görərsiniz. Bir neçə il əvvəl Anaklia limanı ilə bağlı ilk tenderi və o zaman nə baş verdiyini yada salsanız, yenidən niyə belə dezinformasiyanın yayıldığını başa düşəcəksiniz”– Çinin səfiri qeyd edib.
Bununla yanaşı, o deyib ki, “Çin müsbət nəticə gözləyir və inanır ki, bu mühüm layihə təkcə birgə təşəbbüs olmayacaq, həm də “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz üçün Gürcüstan və Çin arasında sinerjinin vacibliyini göstərəcək”.
“Bu, həm də strateji tərəfdaşlığın bir-birini dəstəkləmək üçün nə qədər vacib olduğunu göstərir. Bu, Çin və Gürcüstan arasında ilk mühüm birgə layihə deyil, amma inanıram ki, bu, “Bir kəmər, bir yol” təşəbbüsü və Orta Dəhliz çərçivəsində əməkdaşlığımız üçün dönüş anı olacaq”- Çinin səfiri qeyd edib.