Çinin baş naziri Li Ketsian İrakli Ğaribaşvilini və gürcü xalqını Çin və Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə təbrik edir
Çinin baş naziri Li Ketsian İrakli Ğaribaşvilini və gürcü xalqını Çin və Gürcüstan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə təbrik edir

 

Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Keçian Gürcüstanın baş naziri İrakli Ğaribaşvilini və gürcü xalqını Çin Xalq Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik edir.

Li Ketsianın sözlərinə görə, diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində Çin-Gürcüstan əlaqələri qəti və sabit şəkildə inkişaf edir.

“Çin hökuməti və şəxsən öz adımdan sizi, Gürcüstan hökumətini və gürcü xalqını Çin Xalq Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir və uğurlar arzulayıram.

Diplomatik münasibətlərin qurulmasından keçən bu 30 il ərzində Çin-Gürcüstan əlaqələri qəti və sabit şəkildə inkişaf edir, tərəflər arasında siyasi etimad artır, müxtəlif sahələrdə praqmatik əməkdaşlığın inamlı irəliləyişi qeydə alınır, vətəndaşlar arasında münasibətlər və mədəni mübadilə getdikcə daha da qətiləşir.

Arzum sizinlə əməkdaşlıq etmək və aramızda olan diplomatik münasibətlərin 30 illiyindən müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı daha da dərinləşdirmək, eləcə də dövlətimizin və xalqlarımızın mənafeyi naminə Çin-Gürcüstan münasibətlərinin və dostluğunun məzmununu genişləndirmək fürsəti kimi istifadə etməkdir.

Sizə cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram. Yaşasın Çin və Gürcüstan arasında əbədi dostluq!” – deyə Li Ketsian bildirib.