Çində koronavirusa yoluxanların 70 faizi müalicədən sonra sağlamlaşdı
Çində koronavirusa yoluxanların 70 faizi müalicədən sonra sağlamlaşdı

Çində koronavirusa yoluxanların 70 faizi müalicədən sonra sağlamlaşdı.

Bu barədə məlumatı səhiyyə məsələləri üzrə Çinin dövlət komissiyası yayır.

Son göstəricilərə əsasən, ölkədə yeni tipli koronavirusun  80 651 halı qeydə alınıb. Buradan 55 4040 nəfər artıq sağlamlaşıb və xəstəxanadan çıxıb.

Çinin dövlət səhiyyə komitəsinin məlumatına görə, bu vaxt üçün ölkə miqyasında, tibb mərkəzlərində 22 177 nəfər qalır. Onlardan 5 498 nəfərin vəziyyəti ağırdır.

Yerli medyanın yaydığı məlumata görə, son günlərdə Çində epidemiologiya vəziyyəti xeyli yaxşılaşdı.

Son 24 saatda virusun sadəcə 99 halı qeydə alınıb.