Çin səfiri - Çin və Gürcüstan müstəqil ölkələrdir, bizim kimin strateji tərəfdaşımız olduğunu seçmək hüququmuz var
Çin və Gürcüstan müstəqil dövlətlərdir. Kimin bizim tərəfdaşımız, kimin strateji tərəfdaşımız olduğunu seçmək hüququmuz var, – Bu barədə Çinin Gürcüstandakı səfiri Çou Tsien bildirib.
Onun sözlərinə görə, Çin və Avropa İttifaqının da strateji tərəfdaşlığı var.
“Mənim şəxsi fikrim budur ki, Çin və Avropa İttifaqı olmadan Orta Dəhlizdə uğur qazana bilmərik. Niyə? çünki Orta Dəhlizdə Çin və Aİ arasında logistika vacibdir. Bu, istehsal gücü və Çinin istehsal etdiyi mallar, eləcə də Avropa İttifaqında istehlak sahəsidir. Bu o deməkdir ki, Çin və Avropa İttifaqının dəstəyi olmadan Orta Dəhlizdə uğur olmayacaq. Məndə məlumat var ki, Avropa İttifaqı Orta Dəhlizdə çox fəaldır və hesab edirəm ki, bu, Çin-Avropa İttifaqı əməkdaşlığı üçün daha bir mühüm platformadır. Bu, Gürcüstan üçün problem deyil, bəlkə də əksinədir”, – deyə Çinin Gürcüstandakı səfiri Çou Tsien açıqlayıb.