Cin Şahin - Gürcüstan parlamentinə təqdim olunan qanun layihəsi rus qanununa bənzəyir, oxşar qanun Macarıstan tərəfindən qəbul edilib və Avropa İttifaqının standartlarına uyğun olmadığı sübuta yetirilib
Amerikalı senator Cin Şahin “Xalqın Gücü” hərəkatının qanun layihəsi ilə bağlı suala cavab olaraq qeyd edir ki, sözügedən qanun layihəsi rus qanununa bənzəyir.
O, Macarıstanın da analoji qanunu qəbul etdiyini və bunun Aİ standartlarına uyğun olmadığının sübuta yetirildiyini bildirib.
“Mən olduqca açıq şəkildə deyəcəyəm ki, Gürcüstan parlamentinə təqdim olunan qanun layihəsi ABŞ qanununa bənzəmir. Bu, rus qanununa bənzəyir. Həmçinin oxşar qanun Macarıstan tərəfindən qəbul edilib və Aİ standartlarına uyğun gəlmədiyi, standartlara uyğun olmadığı, eləcə də insan hüquqlarının həyata keçirilməsinə uyğun gəlmədiyi təsdiqlənib. Müvafiq olaraq, mən demokratiyanın tənəzzülündən danışanda bu da nəzərdə tutulur”- deyə Cin Şahin bugünkü mətbuat konfransında qeyd edib.