Cin Şahin - Qara dəniz regionunun əhəmiyyətini xüsusilə Ukraynadakı müharibədən sonra yaxşı gördük, onun o cümlədən iqtisadi baxımdan böyük potensialı var
Cin Şahin - Qara dəniz regionunun əhəmiyyətini xüsusilə Ukraynadakı müharibədən sonra yaxşı gördük, onun o cümlədən iqtisadi baxımdan böyük potensialı var

 

Amerikalı senator Cin Şahin Qara dəniz regionunun əhəmiyyətindən danışıb və bunun Ukraynadakı müharibədən sonra xüsusilə yaxşı göründüyünü bildirib.

Bugünkü mətbuat konfransında amerikalı senatora Anaklia limanı layihəsi ilə bağlı sual verilib.

“Bu, çox yaxşı layihədir. Sizə deyim ki, senator Durbinlə mən Qara dəniz strategiyasının hazırlanması ilə bağlı parlament təşəbbüsü ilə çıxış etmişik. Bu, çox vacib bir bölgədir. Biz bunun əhəmiyyətini xüsusilə Ukrayna müharibəsindən sonra yaxşı gördük, müharibə Qara dənizin əhəmiyyətini önə çəkdi. Onun böyük potensialı var, o cümlədən iqtisadi baxımdan. Strategiyadan danışırıqsa, milli təhlükəsizlik və kollektiv təhlükəsizlik bu strategiyanın əsas istiqamətini təşkil edirsə, təbii ki, bu strategiyaya eləcə də iqtisadi təhlükəsizlik də daxildir. Ümid edirik ki, Amerika sərmayələrini və maraqlı biznesləri burada görəcəyik” – deyə Cin Şahin açıqlayıb.