Çin alimləri bəyan edirlər ki, maymunu klonlaşdıra bildilər.
Yayılan məlumata görə, onlar maymunun klonlaşdırılması üçün qoyun Dolinin yaradılması metodundan istifadə etdilər.
Çonq-çonq və Xua-Xua adlı makakalar artıq bir neçə həftədir ki, Çinin laboratoriyalarının birində yaşayrlar.
Alimlər bəyan edirlər ki, genetik olaraq, eyni maymunların çıxardılması onlara müxtəlif xəstəliklərin öyrənilməsi üçün imkan yaradacaq. Öyrənilən xəstəliklər arasında xərçəng və imun sisteminin pozuntusu da var.
Çonq-çonq və Xua-Xua səkkiz həftə bundan öncə doğulublar. Onlar normal şəkildə böyüməyə davam edirlər.
Çin alimlərinin dediyinə görə, yaxın gələcəkdə maymunların klonlaşdırılması davam edəcək.
Xatırladaq ki, dünyada ilk klonkaşdırılmış heyvan – qoyun Dolidir, hansı ki, 20 il bundan əvvəl Edinburqun Roslin İnstitutunda yaradılmışdı.