Cim Riş - İqtidar partiyası müxalifətin səsini batırmaq cəhdlərindən baş qaçırdmalıdır və bütün siyasi tərəflərin demokratik proseslərdə iştirak etmək haqqı olmalıdır
Cim Riş - İqtidar partiyası müxalifətin səsini batırmaq cəhdlərindən baş qaçırdmalıdır və bütün siyasi tərəflərin demokratik proseslərdə iştirak etmək haqqı olmalıdır

ABŞ Senatının Xarici İşlər komitəsinin sədri Cim Riş Gürcüstanda baş verən siyasi proseslərlə bağlı “Amerikanın səsinə” müsahibə verdi.

“Amerikanın səsinin” yazdığına görə, ölkədə siyasi krizis və “Milli Hərəkatın” qeydiyyatının dayandırılması ehtimalı ilə bağlı suallara cavab olaraq, senator bəyan etdi ki, iqtidar partiyası müxalifət partiyalarının səsini batırmağa çalışmamalıdır.

“Güclü demokratiyanın əsas xüsusiyyəti söz azadlığıdır. Gürcüstan siyasi hesablaşmalara görə yetərli qədər zərər gördü və hansısa partiyanın qeydiyyatının dayandırılması ilə bağlı qanunlayihə siyasi tərəflərin bərabər rəqabət-qabiliyyətlilik şərtlərini əlindən alır. İqtidar partiyası müxalifətin səsini batırmaq cəhdlərindən baş qaçırdmalıdır və bütün siyasi tərəflərə demokratik proseslərdə iştirak etmələri üçün imkan verməlidir” – bəyan etdi Cim Riş və cavabını yazılı şəkildə təqdim etdi.