Ceyms O'Brayen - Gürcüstan və Moldovadakı münaqişələrin həlli bizim yeni öhdəliklərimizi tələb edir
Ceyms O'Brayen - Gürcüstan və Moldovadakı münaqişələrin həlli bizim yeni öhdəliklərimizi tələb edir

Mən həmkarlarıma qoşularaq, necə çətin bir il keçirdiyimizi söyləmək istərdim. Rusiyanın Ukraynaya təcavüzü sivil standartlara və beynəlxalq hüquqa, eləcə də ATƏT-in əsas götürdüyü prinsiplərə tamamilə ziddir-bu barədə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen məlumat verib.

O, sözügedən bəyanatı Skopyedə keçirilən ATƏT-in nazirlər toplantısında verib.

“Gürcüstanda və Moldovada münaqişələr davam edir və bu cəmiyyətlərin öz xalqının seçimlərinə tam uyğun gəlməsi – qanunun aliliyinə sadiq olan ölkələrin daha geniş icmasının bir hissəsi olması üçün onları həll etmək istiqamətində bizim yeni öhdəliklərimizi tələb edir”- Ceyms O’Brayen bildirib.