Ceyms Appaturay - NATO üçün Gürcüstanda siyasi proseslərin  siyasi qütbləşmənin azaldılması üçün işləməsi , parlamentin və hökumətin çalışması çox mühümdür
Ceyms Appaturay - NATO üçün Gürcüstanda siyasi proseslərin siyasi qütbləşmənin azaldılması üçün işləməsi , parlamentin və hökumətin çalışması çox mühümdür

“Parlamentdə olduğum üçün çox xoşbəxtəm, çünki Gürcüstandakı siyasi vəziyyət beynəlxalq birliyin çox yaxından izlədiyi bir şeydir.”-bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Ceyms Appaturay, Gürcüstan Parlamentinin sədri və müxalifət üzvləri ilə görüşədək bildirib.

Onun sözlərinə görə, NATO üçün Gürcüstanda siyasi proseslərin, siyasi qütbləşmənin azaldılması istiqamətində işləməsi , parlamentin və hökumətin çalışması çox mühümdür.

“Parlamentdə olduğum üçün çox xoşbəxtəm, çünki Gürcüstandakı siyasi vəziyyət beynəlxalq birliyin çox yaxından izlədiyi bir şeydir. NATO ölkələrinin, konkret olaraq ABŞ səfirinin və bütün NATO ölkələrinin burada nə qədər fəal olduqlarını hamınız görürsünüz. NATO üçün Gürcüstanda siyasi proseslərin, siyasi qütbləşmənin azaldılması istiqamətində işləməsi , parlamentin və hökumətin çalışması çox mühümdür.Beləliklə, olduqca şadıq ki, AB-nin vasitəçiliyi ilə əldə olunan razılaşmalar icra olunur, siyasi partiyaların əksəriyyəti AB köməyi ilə razılaşdırılmış dəyişiklikləri dəstəkləyir. Məhkəmə islahatında irəliləyiş görməkdən də məmnunuq. ABŞ səfirinin bu istiqamətdə fəal olduğunu bilirəm. İşlər düzgün istiqamətdə irəliləyir və bu, ilk növbədə gürcülər üçün yaxşı bir xəbərdir, çünki islahatlar aparmaları lazımdır, həm də NATO üçün, çünki NATO-ya yaxınlaşmaq, NATO-ya üzv olmaq üçün siyasi proses getməlidir və bu istiqmətdə  irəliləmə görürük. “-deyə Appaturay qeyd edib.