Ceyk Sallivan - Gürcü xalqı öz fikrini bildirir, on minlərlə dinc nümayişçi "Gürcü Arzusu"nun qanunu geri götürməsini tələb etmək üçün toplaşdı
Yağışlı Tbilisidə on minlərlə dinc nümayişçi “Gürcü Arzusu”nun qanunu geri götürməsini tələb etmək üçün toplaşdı, – bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan sosial şəbəkədə yazır.
“Gürcü xalqı öz fikrini bildirir. Hədə-qorxu taktikasından qorxmayan on minlərlə dinc nümayişçi “Gürcü Arzusu”nun qanunu geri götürməsini tələb etmək üçün yağışlı Tbilisiyə toplaşdı”, – Sallivan yazır.
Mayın 11-də Tbilisidə müxtəlif müxalifət partiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin təşkilatçılığı ilə etiraz yürüşü keçirildi. Yürüş iştirakçıları əvvəlcə “300 Araqveli” metrostansiyasının yaxınlığında, Marcanişvili meydanının, Respublika meydanı və “Expo Georgia”nın yaxınlığında toplaşdılar daha sonra isə Avropa meydanına doğru getdilər.