Mürəkkəb meteoroloji şəraitlə əlaqədar Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyatın hərəkəti qadağan edilib
Mürəkkəb meteoroloji şəraitlə əlaqədar (çovğun və məhdud görünmə) beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Məlumatı Avtomobil Yolları İdarəsi yayıb.
Onların məlumatına görə, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.
Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək. Qudauri – Kobi hissəsində isə yalnız qar uçqunundan qorunma tunelləri vasitəsilə.