Cesika Rosval - Müəyyən irəliləyişlərin olmasına baxmayaraq, aydındır ki, Gürcüstanın hələ görəcəyi işlər var
Müəyyən irəliləyişlərin olmasına baxmayaraq, aydındır ki, Gürcüstanın hələ görəcəyi işlər var, – İsveçin Avropa İttifaqı işləri üzrə naziri Cesika Rosval Stokholmda Avropa İttifaqı Nazirlərinin qeyri-rəsmi görüşündən sonra bu haqda danışıb.
Onun sözlərinə əsasən, Gürcüstana aydın, vahid mesajın verilməsi, o cümlədən islahatların davam etdirilməsinin zəruriliyi vacibdir.
“Biz Avropa İttifaqının gələcək çağırışlara necə uyğunlaşacağı barədə müzakirələrə başlamalıyıq və zəruri islahatların nədən ibarət olması ilə bağlı ümumi fikir tapmaq asan olmayacaq. Bundan əlavə, biz genişlənmə üzrə komissar Oliver Varheyi Ukraynanın, Moldovanın, eləcə də Gürcüstanın islahatlarının gedişatını təqdim etmək üçün dəvət etmişdik.
Müəyyən irəliləyişlər olsa da, aydındır ki, Gürcüstanın hələ görəcəyi işlər var və Gürcüstana aydın, vahid mesaj, o cümlədən əlavə islahatların aparılması zərurəti ilə bağlı mesaj vermək vacibdir. Əminəm ki, yeniləmənin məzmunu Ukrayna, Moldova və Gürcüstan tərəfindən diqqətlə öyrəniləcək və payızda genişləndirmə paketinin həyata keçirilməsinə qədər gələcək islahatlar üçün təlimat kimi istifadə olunacaq. Artıq dediyim kimi, Gürcüstanda da müəyyən irəliləyiş var və onların Avropa İttifaqına gedən yolunu görmək vacibdir”, – Cesika Rosval Avropa Komissiyasının Gürcüstan, Ukrayna və Moldovanın həyata keçirdiyi islahatların gedişatı haqqında şifahi hesabat təqdim etdiyi qeyri-rəsmi görüşdən sonra bildirib.