"Jerusalem Post" - Naftali Bennet, rusların Volodimir Zelenskini dəyişmək və Ukraynanın tam militarizasiyasını istəmədiyini, Ukraynanın isə NATO-ya üzv olmaq cəhdindən geri çəkildiyini bildirib
"Jerusalem Post" - Naftali Bennet, rusların Volodimir Zelenskini dəyişmək və Ukraynanın tam militarizasiyasını istəmədiyini, Ukraynanın isə NATO-ya üzv olmaq cəhdindən geri çəkildiyini bildirib

 

İsrailin baş naziri, Rusiya ilə Ukrayna arasında danışıqlarda müəyyən irəliləyişlərin olmasına baxmayaraq, tərəflər arasında fundamental məsələlərdə fikir ayrılıqlarının hələ də çox böyük olduğunu bildirir. “Reuters” agentliyinin məlumatına görə, bu barədə Naftali Bennet Yerusəlimdə keçirilən konfransda çıxışı zamanı bildirib.

“Son bir neçə həftə ərzində tərəflər arasında müəyyən irəliləyiş əldə olunub, lakin bəzi fundamental məsələlərdə fikir ayrılıqları hələ də çox böyükdür. Dünyadakı digər dostlarımızla birlikdə müharibəni dayandırmaq üçün bu fikir ayrılıqlarını aradan qaldırmaq istiqamətində cəhdlərimizi davam etdiririk. Baş verə biləcək ən yaxşı şey bu müharibəni bitirməkdir, lakin yol hələ də çox uzaqdır və hələ də bəzi mübahisəli məsələlər var ki, onların bir hissəsi fundamentaldır” – deyə Naftali Bennet bildirib.

Naftali Bennet həmçinin İsrailin Ukraynaya dəstəyindən danışaraq qeyd edib ki, İsrail əhalisi İsrailin Ukrayna vətəndaşlarına verdiyi töhfə və yardımla fəxr edə bilər.

“İsrail dövlətinin həyata keçirdiyi bütün tədbirlər – dərmanların tədarükü, səhra xəstəxanasının quraşdırılması, eləcə də digər istiqamətlərdə atılan addımlarla fəxr edin. Bir çox ölkə belə miqyasda hərəkət etmir”-deyə İsrailin baş naziri bildirib.

Bununla yanaşı, “Jerusalem Post”-un yazdığına görə, Naftali Bennet, rusların Ukrayna prezidenti Volodimir Zelenskini dəyişmək və Ukraynanın tam militarizasiyasını istəmədiyini, Ukraynanın isə NATO-ya üzv olmaq cəhdindən geri çəkildiyini bildirib.