Cənubi Libiyada silahlı hücüm nəticəsində altı vətəndaş həlak oldu
Cənubi Libiyada silahlı hücüm nəticəsində altı vətəndaş həlak oldu

Canubi Libiyanın Sabha şəhərində, silahlı qruplaşmalar arasında baş verən münaqişə nəticəsində altı vətəndaş həlak oldu.

Yaralananlar arasında qadınlar və uşaqlar da var.

 

Sabha şəhərinin əsas xəstəxanasının mətbuat xidmətinin verdiyi məlumata görə, altıncı diviziya və etnik tebu qrupunun döyüşçüləri arasındaki silahlı qarşıdurma fevralın dördündən başladı.

Altıncı diviziya ölkənin cəbub hissəsində yerləşən milli armiyaya aiddir.

 

Sabha şəhəri Tripolidən 660 kilometrlik məsafədə yerləşir.

O şəhərə Libiyanın Aralıq dənizinin sahilindən afrikalı miqrantlar və kontrabanda gətirilir.