Cənubi Karolinada ABŞ-ın yeddinci vitse-prezidentinin heykəli demontaj edildi
Cənubi Karolinada ABŞ-ın yeddinci vitse-prezidentinin heykəlini demontaj etdilər.
Con Kalhunun monumentinın demontajı, Çarlston şəhərinin icra hakimiyyətinin iştirakı ilə həyata keçirildi.
Bu haqda məlumatı CNN teleşirkəti yayır.
Con Kalhun Cənubi Karolinada doğulub. O ABŞ-ın iki prezidentinin zamanında vitse-prezident olub. Kalhun Amerikanın Cənub Ştatlarında quldarlıq siyasətinin əsas ideoloqlarından biri hesab edilirdi.
Xatırladaq ki, tarixi fiquraların heykəllərinə qarşı etiraz aksiyaları mayın 25-də, Minneapolisdə, polis təərfindən zorakılıq nəticəsində, qara dərili Corc Floidin həlak olmasından sonra başladı.
Aksiyalara cavab olaraq, ABŞ prezidenti bəyan etdi ki, yaxın günlərdə əmr imzalayacaq, hansına əsasən, tarixi heykəlləri sökən şəxslər 10 illik həbs ilə cəzalandırılacaqlar.