Cənubi Afrikanın parlamenti prezident vəzifəsinə Kiril Rafamozayı seçdi
Cənubi Afrikanın parlamenti prezident vəzifəsinə Kiril Rafamozayı, bir neçə saat öncə, sabiq prezident Ceikobs Zumanın bu vəzifədən istefa verməsindən sonra seçdi.
65 yaşlı Rafamoza parlament tərəfindən təqdim edilən yeganə namizəd idi.
Qanunverici orqan Ceikobs Zumaya istefa etməsi ilə bağlı ultimatum qoydu.
Əks təqdirdə, parlament Zumaya etibarsızlıq bilidirəcəkdi.
Öz televiziya müraciətində Ceikobs Zuma qeyd etdi ki, vəzifəsini tərk edir, ancaq partiyanın qərarı ilə razılaşmır.
Ceikobs Zumaya qarşı korrupsiya ilə bağlı çox sayda ittihamlar irəli sürülüb, ancaq prezident bu suçlamaları rədd edir.
Bugün Ceikobs Zuma xüsusi televiziya müraciətində dərhal vəzifəsini tərk etdiyi barədə məlumat yaydı.
Belə addımla o özünü parlanet tərəfindən ölkə prezidentinə etimadsızlığın bildirilməsi faktından qorudu.
Ona qarşı çıxış edən Cənubi Afrika Respublikasının iqtidar partiyası “Afrikanın milli konqresi” – dir.