Cənubi Afrikada qızıl şaxtasında, 1000 metr dərinliyində yerin altında qalan 955 şaxta işçisinin xilas edilmə əməliyyatı başladı
Cənubi Afrikada qızıl şaxtasında, 1000 metr dərinliyində yerin altında qalan 955 şaxta işçisinin xilas edilmə əməliyyatı başladı

Cənubi Afrikada qızıl şaxtasında qalan 955 şaxta işçisinin xilas edilmə əməliyyatı başladı.

Qızıl axtaran şaxtyorlar 1000 metr dərinliyindəki quyuda bazar günüdən qalıblar.

Qəza, güclü ştorm nəticəsində, ərazidəki yüksək cərəyanlı elektrik enerji xəttlərinin zərər görməsi nəticəsində baş verdi. Elektrik enerji kəsildi və şaxtyorları yuxarı çıxardan lift çalışmır.

Generatorla elektrik enerjinin buraxılması isə, alınmadı. Elektrik enerjinin bərpasını yerin dərinliyindəki şaxtyorlar bugün üçün gözləyirlər.

Yayılan son məlumata görə, şaxtyorların heç biri zərər görməyib.