Cenevrə danışıqlarının həmsədrləri işğal altında olan Sxinvaliyə daxil olmağı planlaşdırırlar.
Birinci Kanalın korespondenti hadisə yerindən məlumat verir ki, onlar artıq Erqnetidədirlər.
Cenevrə həmsədrlərinin kimlərlə görüşəcəkləri hələlik məlum deyil, ancaq, ehtimala görə, danışıqların mövzusu Arçil Tatunaşvilinin cəsədinin gətirilməsi məsələsi olacaq.
Gürcüstanın Daxili İşlər Nazirinin birinci müavini David Zalkaniani bəyan etdi ki, Cenevrə həmsədrləri Sxinvaliyə bugün daxil olacaqlar.