Cəlalabaddaki terakta görə məsuliyyəti öz üzərinə "İslam dövləti" götürdü
Əfqanistanda baş verən teraktla bağlı məsuliyyəti öz üzərinə “İslam dövləti” götürdü.
Cəlalabad şəhərində Save the Children beynəlxalq təşkilatın ofisinə hücüm edildi.
Suiqəsdçi terorist özünü təşkilatın girişində partlatdı. Partlayışdan sonra təşkilatın binasına silahlı şəxslər daxil oldular.
Son məlumata görə, teror aktı nəticəsində, iki nəfər həlak oldu 12-si isə, ağır yaralandı.