Çexiyada şəxsi evdə yaşayan aslan öz sahibini parçaladı
Çexiyada şəxsi evdə yaşayan aslan öz sahibini parçaladı

Çexiyada şəxsi evdə yaşayan aslan öz sahibini parçaladı.

“Bi-Bi-Si”-nin məlumatına görə, Mixal Brasek öz evinin həyətində bir neçə aslan bəsləyirdi. Onlardan biri öz sahibi volyerlərin içinə daxil olan zaman parçaladı.

Bir neçə saatdan sonra, onun cəsədini atası tapdı.

Mixal Brasekin atasının dediyinə görə, volyer içəridən bağlanmışdı.

Hadisə yerinə gedən polis əməkdaşları aslanları öldürdülər.

Polisin dediyinə görə, onları öldürməyə məcbur idilər, çünki vəhşi heyvanlar yerli əhali üçün təhlükə yarada bilərdilər.

Bi-Bi-Si-nin dediyinə görə, Mixal Brasek öz evində aslanları 2016-cı ildən saxlayırdı.

Bu məsələdən yerli əhali çox narazı idi.

Bir neçə ay bundan əvvəl yerli iqtidar Mixal Braseki volyerlərin yetərli qədər təhlükəsiz olmadığına görə cərimələdi, ancaq Mixal Brasek yerli iqtidar nümayəndələrinə öz evinin ərazisinə daxil olmağa imkan vermirdi.