Çexiyada prezident seçkiləri keçirilir.
Seçkilərin birinci turu iki günlükdür.
Prezident vəzifəsi üçün 9 namizəd mübarizə aparır.
Sosiyoloji tədqiqatlara əsasən, əsas namizəd pro-rus fikirləri ilə məşhur, qüvvədə olan 73 yaşlı prezident Miloş Zemandır.
Sorğulamaya əsasən, seçkilərin ikinci turunun keçirilməsi gözlənilir.
Çexiya prezidenti Miloş Zeman Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasının tərəfdarıdır.
Zeman həmçinin, Brüsselin imiqrasiya siyasətini tənqid edirdi.
Çexiyanın avro-skeptik prezidentinin əsas rəqibi isə, İrji Draqoşdur, hansı ki, Rusiyaya qarşı sanksiyaların qoyulmasının tərəfdarıdır.
“Prezidentin yaxın çevrəsi məni çox təəcübləndirir, çünki onlar Çexiya Respublikasını, şəxsən mənim bir vətəndaş olaraq, getmək istəmədiyim istiqamətə döğru ürükləyirlər. Onlar Putinə və Çinə doğru gedirlər” – dedi İrji Draqoş Actualne.cz-ilə müsahibəsində.
Çexiya prezidenti 5 illik müddət ilə seçilir.