Çexiya parlamentinin sədri Kaxa Kuçavayı Gürcüstan parlamentinin sədri seçilməsi münasibəti ilə təbrik edir
Çexiya parlamentinin sədri Kaxa Kuçavayı Gürcüstan parlamentinin sədri seçilməsi münasibəti ilə təbrik edir

Çexiya Respublikasının deputatlar palatasının sədri Radek Vondraçek Kaxa Kuçavayı Gürcüstan parlamentinin sədri seçilməsi münasibəti ilə təbrik edir.

“Çexiya Respublikasının deputatlar palatasının adından və öz adımdan, sizi Gürcüstan parlamentinin sədri seçilməniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındaki münasibətləri möhkəmləndirmək üçün, sizinlə parlamentlərarası əməkdaşlığı gözləyirik.

Sizə bu məsuliyyətli vəzifədəki fəaliyyətinizdə can sağlığı və müvəffəqiyyətlər arzulayıram”, – deyilir Radek Vondraçekin təbrik məktubunda.