Ceims Cefri - ABŞ-ın Suriyə həbsxanalarından "İslam Dövlətinin" 100 üzvünün qaçdığı ilə bağlı dəlilləri var
Ceims Cefri - ABŞ-ın Suriyə həbsxanalarından "İslam Dövlətinin" 100 üzvünün qaçdığı ilə bağlı dəlilləri var

ABŞ-ın Suriyə həbsxanalarından “İslam Dövlətinin” 100 üzvünün qaçdığı haqqında dəlilləri var, – bu barədə bəyanatı Suriyyə məsələləri üzrə  Amerika Birləşmiş Ştatlarının xüsusi nümayəndəsi Konqresdə çıxış edərkən verdi.

Ceyms Cefrinin bəyanatına görə, “İslam Dövləti” terorist qruplaşmasının üzvləri Suriyənin Şimal bölqəsindəki həbsxanalardan, Türkiyə tərəfindən həyata keçirilən hərbi əməliyyat zamanı qaçıb.

Amerikalı diplomat bəyan edir ki, Vaşinqton həbsxanadan qaçan radikalların yerini hələdə müəyyənləşdirə bilmir.

“Suriyə ərazisindəki hərbi-əməliyyat Suriyənin şimal-şərq hissəsi üçün faciə oldu” – dedi amerikalı diplomat.