Çavçavadze prospekti ilə Ku gölünü birləşdirən kanat yolunda texniki işlər aparılacaq
Çavçavadze prospekti ilə Ku gölünü birləşdirən kanat yolunda texniki işlər aparılacaq. Bununla bağlı Tbilisi Meriyası məlumat dərc edir.
“Çavçavadze prospekti ilə Ku gölünü birləşdirən kanat yolunda texniki işlər aparılacaq.
Bu səbəbdən yanvarın 31-də kanat yolu saat 10:00 deyil, saat 17:00-dan fəaliyyətini bərpa edəcək və adi qaydada saat 22:00-dək sərnişinlərə xidmət göstərəcək.
“Tbilisi Nəqliyyat Şirkəti yaranmış narahatlığa görə üzr istəyir” – məlumatda qeyd olunur.