Ş.Mişel - mövqeyimiz Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaqdır və mən həmçinin Bosniya və Herseqovina və Gürcüstan məsələsinin də danışıqlar masasına qayıdacağını gözləyirəm
Ş.Mişel - mövqeyimiz Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaqdır və mən həmçinin Bosniya və Herseqovina və Gürcüstan məsələsinin də danışıqlar masasına qayıdacağını gözləyirəm

Genişlənmə artıq xəyal deyil. Hərəkət etmək vaxtıdır. Çətin olacaq, amma qarşımıza dəqiq məqsəd qoymalıyıq. Hesab edirəm ki, biz 2030-cu ilə qədər genişlənməyə hazır olmalıyıq-deyə Avropa Şurasının Prezidenti Şarl Mişel Sloveniyada Strateji Forumda çıxışında bildirib.

Mişelin sözlərinə görə, bu, iddialı, lakin zəruridir.

“Bu, bizim ciddi olduğumuzu göstərir, ona görə də Avropa İttifaqları liderləri Avropa Şurasının növbəti iclaslarında genişlənməni müzakirə edəcəklər. Bizim mövqeyimiz Ukrayna və Moldova ilə danışıqlara başlamaqdır; Həmçinin, Bosniya və Herseqovina və Gürcüstan məsələsinin danışıqlar masasına qayıdacağını gözləyirəm. İndi keçmiş münaqişələrə yer yoxdur. Biz hiss edirik ki, siz və xalqınız, xüsusən də gənclər daha parlaq, daha ədalətli, daha firavan gələcəkdən ruhlanmaq və birliyimizə qoşulmaq istəyirlər” – Şarl Mişel bildirib.