Cari ildə Gürcüstandan 1.8 milyon dollarlıq büsthalter ixracı həyata keçirildi
Gürcüstanda artmaqda olan ixrac məhsullarından biri büsthalterdir.
Gürcüstanın statistika departamentinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında bu məhsulun eksportu 1.8 milyon dollar təşkil etdi.
Müqayisə üçün, 2016-cı ildə büsthalterin tam eksportu sadəcə 124 min dollar təşkil etdi, 2017-ci ildə isə, 1,158 milyon dollar.
Müvafiq olaraq da, cari ildə büsthalter ixracı 2016-cı il ilə müqayisədə 1 4000 faizlə, 2017-ci ilə müqayisədə isə, 62 faizlə artdı.
Gəlirlər Xidmətinin məlumatına görə, büsthalterlərin eksportu əsasən Türkiyəyə həyata keçirilir.